Fleboloq Prof. Dr. Məhəmməd Kərimovun əməliyyatından görüntülər

Varikoz xəstəliyinin son müalicə üsullarına lazer və radiotezlikli dalğalarla ablasiya, buxarla müalicə və skleroterapiya aiddir. Bunların içində dünyada ən çox yayılan və istifadə olunan lazerlə müalicədir. Bu müalicə üsulunu Azərbaycanda ilk dəfə tətbiq edən Prof. Dr. Məhəmməd Kərimov bu gün də onu geniş istifadə etməkdədir. Bu üsulun yüksək effektivliyi və təhlükəsizliyinə baxmayaraq bəzi xırda çatışmazlıqları var. Bunlara ilk növbədə əməliyyatdan sonra xəstələrin iki ay sıxıcı corablardan istifadə (xüsusilə yay aylarında) çətinliyi, ağrısızlaşma, infeksiya, trombla mübarizə və sonralar yaranan göyərmələr, ağrı aiddir. Bu səbəbdən də dünyada, xüsusilə də ABŞ, İngiltərədə yeni bir NT-NT adlanan müalicə üsulu 5-6 il əvvəl meydana gəldi və Lazerin bütün çatışmazlıqlarından azad olduğundan sürətlə yayılmağa başladı. Bu gün dünyanın əksər inkişaf etmiş ölkələrində istifadə olunan bu müalicə artıq Azərbaycanda, yenə də novator cərrah kimi tanınan Prof. Dr. Məhəmməd Kərimov tərəfindən geniş istifadə edilməkdədir. NT-NT müalicə üsulunu öyrənmək üçün professor bir neçə ölkədə, xüsusilə də ABŞ-da dəfələrlə olmuş, ən kiçik detallarını belə mənimsəmişdir. Bakı Sağlamlıq Mərkəzində ortalama 10 dəqiqə ərzində uğurla icra edilən bu əməliyyatlar heç bir kəsik, ağrısızlaşma, ən əsası sıxıcı corab tələb etmir. Əməliyyatdan 10-15 dəqiqə sonra pasiyent evə yazılır və heç bir məhdudiyyət qoyulmur. Varikozun çox ciddi fəsadlara, xüsusilə də tromba və ani ölümə yol açdığından, ilk növbədə sakit görünən, səsi ancaq fəsadlar törətdikdə çıxan bu problemə ən yeni NT-NT müalicəsi ilə son qoya bilərsiniz. Bakı Sağlamlıq Mərkəzinin fleboloqu, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü, Prof. Dr. Məhəmməd Kərimovun əməliyyatından görüntülər.

Diqər xəbərlər